23 mart 2013 13:44
Bakıya AÇ-2020 yolunda daha bir şəhər rəqib oldu
Futbol üzrə AÇ-2020-nin final mərhələsinə ev sahibliyi etmək üçün dünyanın daha bir paytaxt şəhərinin namizədliyi irəli sürülüb. Azerisport.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlin də Avropanın 13 müxtəlif şəhərində keçiriləcək yarışı qəbul etməyə hazırdı.
Berlin namizədliyi irəli sürülən üçüncü Almaniya şəhəridir. Bunadək Dortmund və Ştutqart da iddiaçılar sırasına qoşulmuşdu. Bundan başqa, Hamburq və Helzenkirhen də bu mübarizəyə qatılmaq niyyətindədi. Berlinin əsas üstünlüyü 74 minlik Olimpiya stadionunun olmasıdı.
2020-ci ildəki qitə çempionatının final mərhələsi 13 şəhərdə keçiriləcək. Bunlardan 12-si qrip mərhələsinin 3 oyununu qəbul edəcək. 13-cü şəhər isə yarımfinal və finala ev sahibliyi edəcək.
Maraq üçün bildirək ki, AFFA tərəfindən Bakının da bu şəhərlərdən biri olmağa namizədliyi irəli sürülüb.
