24 mart 2013 00:05
Ağsu turnir cədvəlində liderliyi ələ keçirdi
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 18-ci tura start verilib. Azerisport.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Ağsu” doğma azarkeşləri önündə “Qaradağ Lökbatan”ı qəbul edib.
Meydan sahibləri 2:1 hesabı ilə qalib gələrək turnir cədvəlində ilk dəfə olaraq liderliyi ələ keçirib.
Birinci Divizion
18-ci tur
23 mart
Energetik – Şuşa – 1:3
Qollar: Röyal Məmmədov, 1 - Elvin Adışirinli, 30, Rövşən İsmayılov, 72. Məhəmməd Bədəlbəyli. 90+1.
Şəmkir - Göyəzən – 0:0
Ağsu - Qaradağ Lökbatan – 2:1
Qollar: Rəhman Əzizov, 45+1, Elçin Həşimov, 69 - Timur Dadaşov, 56.
