24 mart 2013 00:33
AZAL və İnterin sabiq forvardı Spartaka keçdi
Azərbaycanın AZAL və “İnter” klublarının sabiq hücumçusu Enyo Krastovçev özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, bolqarıstanlı futbolçu bundan sonra Varna “Spartak”ında çıxış edəcək.
O, artıq sözügedən klubun düşərgəsində məşq edir. Azad agent statusuna malik futbolçu tezliklə “Spartak”la müqavilə imzalamalıdı.
