23 mart 2013 14:16
Moutinyo: Bakıda mütləq qələbə qazanmalıyıq
Futbol üzrə Portuqaliya yığmasının yarımmüdafiəçisi Joao Moutinyo hesab edir ki, onun komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində yer aldığı F qrupunda ikincilik uğrunda mübarizə aparmalıdı. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu İsraillə 3:3 hesablı heç-heçədən sonra bunları söyləyib:
“Azərbaycanda biz ikincilik uğrunda mübarizəyə başlamalıyıq. Artıq bundan sonra birinci olmaq şansımız çox azdı. Biz bunu başa düşməliyik. Əlimizdən gələni etməliyik ki, heç kim bizə mane olmasın. Bakıda mütləq qələbə qazanmalıyıq”.