24 mart 2013 00:41

Simurq Gürcüstandan qalib qayıdır

DÇ-2014-ün seçmə qrup mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edərək Gürcüstana yollanan "Simurq" yoldaşlıq görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun rəqibi Qori şəhərinin təmsilçisi "Dila" klubu olub.
 
Əvvəldən sona qədər üstün oyun nümayiş etdirən “sarı-qaralar” qarşılaşmadan qalib ayrılıb. Zaqatala təmsilçisinin qolunu oyunun 14-cü dəqiqəsində cərimə zərbəsindən Marçin Burhard vurub. Bundan sonra da qarşılaşmada hesabı artırmaq üçün qol şansları düşsə də, futbolçular bundan yararlana bilməyib və matç bu hesablada başa çatıb.
 
Qeyd edək ki, bu gün komanda Zaqatala qayıdacaq və Topaz Premyer Liqasının növbəti turuna hazırlıqları doğma arenada davam etdirəcək. “Simurq”un rəqibi aprelin 30-da "Bakı" klubu olacaq.
 
Yoldaşlıq görüşü
23 mart
 
Dila – Simurq – 0:1
Qol: Marçin Burhard, 14.
Baş hakim: Xvica Qaqanidze.
Tengiz Burcanadze stadionu, 1000 azərkeş.
 
Simurq: 22 David Petrkeviç, 4 Dilaver Zrnanoviç, 6 Anderson Oliveyra, 7 Ruslan Poladov, 13 Aleksandr Şemonayev (K), 8 Qərib İbrahimov, 9 Marçin Burkhardt, 21 Murad Səttarlı, 25 Mario Bojiç, 28 Nenad Kiso, 12 Tomislav Buşiç.
Dila: 32 Şekriladze, 7 Aladaşvili (K), 99 Totadze, 6 Kvaxadze, 77 Qvalia , 14 Aburdcania, 12 Qoqua,  11 Kaxeleşvili, 23 Cişkriani, 20 Natan Junior, 80 Leonardo

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.