23 mart 2013 14:30
Rusiya - Şimali İrlandiya matçı yenə təxirə salındı
DÇ-2014-ün seçmə mərhələsinin F qrupu çərçivəsində keçirilməli olan Şimali İrlandiya – Rusiya oyunu yenə təxirə salınıb. Azerisport.az xəbər verir ki, buna Belfasta güclü qar yağması səbəb olub.
Bununla əlaqədar stadionunun durumunun yararsız vəziyyətə düşməsi oyunun keçirilməsinə yenə imkan verməyib. Qeyd edək ki, bu görüşün dünən keçirilməsi nəzərdə tutulmuşdu. Lakin eyni səbəbdən oyun bu günə təyin olunmuşdu.
Beləliklə, UEFA nümayəndələrinin də iştirakı ilə keçirilən toplantıdan sonra qarşılaşmanın yenidən təxirə salınması qərara alınıb. Azərbaycan millisiylə eyni qrupda yer alan bu komandaların görüşünün iyunun 11-də və ya avqustun 14-də keçirilməsi gözlənilir.
