24 mart 2013 01:08
Qarabağ Turana qalib gəldi
Milli oyunlarla bağlı yaranmış fasilə ilə əlaqədar olaraq “Qarabağ” məşqlərini tam heyətlə keçə bilmir. Azerisport.az xəbər verir ki, arada yaranmış boşluğu doldurmaq üçün komanda yoxlama oyununa çıxıb.
Ağdam klubunun rəqibi “Turan” olub. 16:30-da start götürən qarşılaşamaya “Qarabağ” bu start heyətlə çıxıb: Miro, Zaur, Teli, Təmkin, Eltun, Namiq, Torres, Riçard, Muarem, Reynaldo, Opara.
Görüşdə hər yarıda bir qol vuran “Qarabağ” 2:0 hesabıyla qalib gəlib. İlk yarıda Oparayla fərqlənən komandada Riçard 2-ci yarının startında 2-ci qolu vurub. 2-ci yarıda Kamil Hüseynov, Elnur Abdulov, Elvin Musazadə, Toğrul Bilallı da meydana daxil olub.
