23 mart 2013 14:48
Ronaldo və həmyerliləri artıq Bakıdadılar (FOTO)
Futbol üzrə Portuqaliya millisi Bakıya gəlib. Azerisport.az xəbər verir ki, rəqib komandanın heyətində Kristiano Ronaldo da yer alıb.
Belə ki, “Real”ın ulduzu dünən İsraillə keçirilən oyunda sarı vərəqə aldığından cəzalı duruma düşüb və Bakıda meydana çıxmayacaq. Buna baxmayaraq, azarkeşlərin sevimlisi millinin düşərgəsində ölkəmizə gəlib.
Qeyd edək ki, portəgizlər ölkəmizdə olduğu müddətdə “Bakı”nın bazasında məskunlaşacaqlar. Ronaldo və həmyerliləri oyundan bir gün öncə də Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaqlar.
