24 mart 2013 17:35
Portuqaliya millisindən Bakıya təşəkkür (FOTO)
23-24 mart tarixlərində "Bakı"nın təlim-məşq bazasında hazırlıq keçən Portuqaliya milli komandasının üzvləri yaradılan yüksək şəraitə görə klub rəhbərliyinə təşəkkürlərini bildiriblər. Azerisport.az xəbər verir ki, ayın 26-da DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yğıma komandası ilə qarşılaşacaq Portuqaliya millisinin futbolçuları və rəhbərliyi klub bazasında gördüklərindən məmnun qaldıqlarını və bir Azərbaycan klubunun belə bir şəraitə malik oduğunu gözləmədiklərini ifadə ediblər.
Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Suares Qomes icraçı direktor Yaşar Seyidova xatirə plaketi təqdim edərək, qonaqpərvərlik və yaradılan ideal şərait üçün şəxsi təşəkkürlərinin klub prezidenti Hafiz Məmmədova çatdırılmasını xahiş edib.
