24 mart 2013 17:58
Kristiano Ronaldodan Bakının futbolçusuna hədiyyə (FOTO)
Bu gün Portuqaliya milli komandasının heyətində "Bakı" futbol klubunun təlim-məşq bazasında məşqə çıxan Kristiano Ronaldo daha bir jesti ilə diqqət mərkəzinə düşüb. Azerisport.az xəbər verir ki, "Real"ın və Portuqaliya millisinin ulduzu "Bakı"nın U-17 komandasının hücumçusu Valeh Seyidova xüsusi hədiyyə təqdim edib.
Ronaldo ötən mövsüm U-17 liqasında vurduğu 40 qolla bombardir titulu qazanan gənc futbolçuya şəxsən imzaladığı "Real"ın idman köynəyini hədiyyə edib.
Valeh də öz növbəsində Ronaldoya "Bakı" futbol klubunun idman geyimini və xatirə hədiyyəsini verib.
