24 mart 2013 18:55
Lənkəranda seminar keçiriləcək
Martın 25-də Lənkəran şəhərində həvəskarlardan ibarət komandalar arasında keçirilən yarışlara təyinat alan hakim-inspektorlar üçün seminar təşkil olunacaq. Azerisport.az xəbər verir ki, Hakim-İnspektorlar Komitəsinin əməkdaşları Qürbət Həsənov və Şahin Cəfərovun rəhbərliyi ilə keçiriləcək seminarda Lənkəran, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Neftçala və Beyləqanı təmsil edən 12 hakim-inspektor iştirak edəcək.
