24 mart 2013 11:16
“Ronaldo qəsdən sarı vərəqə aldı ki, Bakıda meydana çıxmasın”
Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla baş tutan oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun haqda nə deyə bilərsiz?
- Çətin oyun alındı. Uşaqlar qazonun pis olmasına görə çox çətinlik çəkdi. Mən deyərdim ki, bu gün bəxtimiz gətirmədi. Amma hər halda qazandığımız bir xala görə sevinməyə dəyər. Çünki oyun səfərdə keçirilirdi.

- Yarımmüdafiə xəttinin bu görüşdəki zəif çıxışı nə ilə bağlı idi?
- Bu, meydanda da hiss olunurdu. Mərkəzdə mənimlə Ruslan Abışov çıxış edirdi. Hücumameylli yarımmüdafiəçilər isə müdafiəyə kömək etməyə o qədər də meyl etmirdilər. Əgər kömək etsəydilər, işimiz daha asan olardı. Bütün güc ikimizin üstünə düşmüşdü.

- Lüksemburq ikinci hissədə oyuna daha çox nəzarət edirdi. Maraqlıdı, Berti Foqts fasilədə sizinlə nə danışdı?
- Qarşımıza qələbə qazanmaq hədəfi qoyulmuşdu. Amma göründüyü kimi, buna nail ola bilmədik.

- Biz yığmanın adətən qısa ötürmələrlə oynadığını görmüşük. Lakin fasilədən sonra siz bir qayda olaraq uzun ötürmələrə üstünlük verirdiniz...
- Öncə də qeyd etdiyim kimi, meydançanın durumu buna imkan vermirdi. Heç nədən yıxılırdıq, topu itirirdik. Halbuki, normal qazonda bunlar baş verməzdi. Qazonun durumu bizə çox əngəl yaratdı.
- Bəs rəqib komanda bunu necə bacarırdı?
- Lüksemburqlular meydanın mərkəzini ələ keçirmişdilər. Onlar bizə məhz mərkəzdə problem yaradırdılar.

- Qarşınızda yığmanın yeni üzvü Pərdis Fərcad-Azad çıxış edirdi. Sizcə, o, milliyə kömək edə bilər?
- Bu, onun ilk rəsmi oyunu idi. Mümkündü ki, gələcəkdə yığmaya daha çox köməyi dəysin. Hər halda bunu məşqçilər daha yaxşı bilərlər.

- Kənardan yığmamızın 10 nəfərlə oynadığı təəssüratı yaranırdı...
- Mən belə deməzdim. Ona görə ki, futbol kollektiv oyundu.
- AFFA prezidenti Rövnəq Abdullayev oyundan sonra sizə nə dedi?
- Xahiş etdi ki, üzülməyək. Qarşıdakı Portuqaliya oyunda da qələbə qazanmağımızı, ən azı heç-heçə etməyimizi arzuladı.

- Ronaldo Azərbaycanla oyunda iştirak etməyəcək. Bu, komandamızın çıxışına hansısa dərəcədə təsir göstərə bilər?
- Fikir vermisizsə, o, zəif komandalarla oyunlarda tam gücünü qoymur. Sərt mübarizələrdən çəkinir ki, zədə almasın. Mümkündü ki, o, sarı vərəqəni qəsdən aldı ki, Bakıda meydana çıxmasın. O da ola bilər ki, Ronaldonun yoxluğu bizim üçün sərfəli olsun.