24 mart 2013 11:37
“Ronaldo Bakıya getməklə düzgün addım atıb”
Futbol üzrə Portuqaliya yığmasının sabiq yarımmüdafiəçisi Joao Pinto komandanın indiki kapitanı Ronaldonun oynamaqdan məhrum olmasına rəğmən, oyundaşları ilə birgə Bakıya yollanmasını müsbət addım kimi qiymətləndirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Ronaldo düzgün addım atıb. Onun yığma ilə birgə olması komanda yoldaşları üçün də əlavə bir stimul olacaq. Mən onu örnək kapitan hesab edirəm”.
“Ronaldo düzgün addım atıb. Onun yığma ilə birgə olması komanda yoldaşları üçün də əlavə bir stimul olacaq. Mən onu örnək kapitan hesab edirəm”.
Qeyd edək ki, Portuqaliya yığması martın 26-da DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda milli komandamızın qonağı olacaq. Ronaldo isə İsraillə son oyunda aldığı növbəti sarı vərəqə ilə cəzalı duruma düşdüyündən, yığmamıza qarşı oynaya bilməyəcək. Buna baxmayaraq, o, komandası ilə birgə ölkəmizə gəlib və həmyerlilərinə dəstək olmağa qərar verib.
