24 mart 2013 11:51
Azərbaycan Gürcüstan ilə sülhə razılaşdı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Komandamızın yeganə qolunu Araz Abdullayev vurub.
Xatırladaq ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Macarıstanın “Haladas” komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdı.
