25 mart 2013 00:03

Fariz Məmmədov Almaniyada qazandığı qələbəni kimə həsr etdi?

Xəbər verdiyimiz kimi, Azərbaycanı və “Qəbələ” boks klubunu peşəkar arenada təmsil edən Fariz Məmmədov 2013-cü ildə keçirdiyi ilk döyüşdə qələbə qazanıb. Azerisport.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlinin “Merkur” arenasında baş tutan döyüşdə Məmmədov 36 yaşlı polşalı boksçu Mariuş Biskupski ilə üz-üzə gəlib.
 
Gərgin keçən altı raundluq reytinq döyüşü idmançımızın xal hesablı qələbəsi ilə yekunlaşıb. Döyüş ərzində boksçumuz rəqibini iki dəfə noqdauna salıb. Xatırladaq ki, bu, səkkiz illik fasilədən sonra F.Məmmədovun peşəkar rinqdə ikinci döyüşü olub. Bundan əvvəl o, erməni boksçu Jeqise Tomazyana nokautla qalib gəlmişdi.
 
Döyüşdən sonra klub saytına açıqlamasında Fariz Məmmədov döyüşün ağır keçdiyini, lakin söz verdiyi kimi, rəqibinə qalib gəldiyini bildirib: "Döyüşə yaxşı hazırlaşmışdım. Artıq iki ay idi ki, yalnız bu görüş barədə düşünürdüm və gərgin məşqlər keçirdim. Rəqibim də çox güclü və təcrübəli döyüşçü idi. Əslində bir həftə öncəyə kimi fərqli rəqiblə görüşəcəyimi düşünürdüm. Peşəkar boksda belə gedişlər hər zaman olur. Dediyim kimi polşalı boksçu peşəkar arenada tanınır. O indiyə kimi 45 peşəkar döyüş keçirmişdi. Mən layiqli rəqiblərlə döyüşməyi, risk etməyi sevirəm. Həmd olsun ki, döyüşdən üzüağ çıxmağı bacardım".
 
Fariz Məmmədov bu qələbəni bu yaxınlarda dünyasını vaxtsız dəyişmiş dostu, "Qəbələ" Futbol Klubunun sabiq əməkdaşı Mübariz Nəcəfova həsr etdiyini söyləyib: "Bu döyüşə Mübarizlə birlikdə gəlməyi planlaşdırmışdıq. Dostumun vaxtsız vəfatı bu planımızın reallaşmasına imkan vermədi. Qələbəni Mübarizə həsr edirəm. Ruhu şad olsun".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.