25 mart 2013 00:35
Əfran İsmayılov: Sizə söz verirəm ki, bu komandanı Bakıda məğlub edəcəyik
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
- Lüksemburqla oyun barədə nə deyə bilərsiz?
- Gərgin oyun oldu. Hamı deyirdi ki, Lüksemburq zəif komandadı. Amma belə olmadığı müəyyənləşdi. Hər şeyə rəğmən qələbə qazanmalıydıq. Onlar bütün komanda ilə müdafiə olunurdular. Çoxlu qol epizodları yaratdıq. Top dirəkdən döndü, qapıçıları bir neçə dəfə komandanı real qoldan xilas etdi. Qələbə qazanmağı çox istəyirdik. Lakin bir xalla kifayətlənməli olduq.
- Qələbəyə nə mane oldu ki?
- Meydança ağır vəziyyətdə idi. Bir driblinq edirdin, ikinci alınmırdı. Komandamızı dəstəkləməyə xeyli azarkeş gəlmişdi. Bizimkilərin sayı yerlilərdən daha çox idi. Həmyerlilərimizi qələbə ilə sevindirməyi arzulayırdıq. Alınmadı. Buna baxmayaraq, sizə söz verirəm ki, biz bu komandanı Bakıda məğlub edəcəyik.

- Lüksemburq kimi komanda ilə heç-heçə futbolçulara necə təsir edib?
- Düzünü deyim ki, heç bilmirik bu nəticəyə görə sevinək, yoxsa məyus olaq. Qol vurmaq lazım idi. Qələbə qazanmaq üçün başqa yolumuz yox idi.
- Öncədən bu komandaya qarşı necə oynamağı planlaşdırmışdınız ki, onları edə bilmədiniz?
- Bütövlükdə, oyunu hücum futbolu üzərində qurmuşduq. Elə bu üzdən müdafiədə də boşluqlarımız az olmurdu. Hər halda nəticəni pis hesab etmirəm.

- Portuqaliya ilə qarşıdakı oyundan nə gözləyirsiz?
- Bizi Lüksemburqla oyundan daha çətin görüş gözləyir. Hələ yaxşı ki, Ronaldo bizə qarşı oynamayacaq. Amma onların heyətində başqa yaxşı futbolçular da çoxdu. İsraillə heç-heçədən sonra onlar mütləq 3 xal qazanmağı hədəfləyiblər.

- Bəs biz?
- Ən azından heç-heçə edəcəyimizə ümidliyik.

- Portuqaliya yığmasında da psixoloji baxımdan işlər qaydasında deyil. Bu, yığmamızın xeyrinə işləyə bilər?
- Düşünmürəm ki, bu, rəqibimizin oyununa təsir etsin. Əksinə, onların xal ehtiyatının daha yaxşı olması bizim işimizi asanlaşdıra bilərdi.