24 mart 2013 13:01
Futbolçularımız oynadılar, Denizlispor uduzdu
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası PTT Birinci Liqanın 27-ci turu çərçivəsində “Torku Konyaspor” ilə qarşılaşıb.
Oyun rəqib meydanında baş tutub. 90 dəqiqənin sonunda qələbəyə sevinən tərəf meydan sahibləri olublar – 2:0.
Bu görüşdə futbolçularımızın da iştirakı istisna deyildi. Rail uzun fasilədən sonra bu oyunda yenidən start heyətdə meydana çıxıb və 90 dəqiqə meydanda olub. İsayev isə 57-ci dəqiqədə mübarizəyə qoşulub. Lakin həmyerlilərimiz də “Denizlispor”un məğlubiyyətdən yaxa qurtarmasına kömək edə bilməyiblər.
Qeyd edək ki, Ariflə Railin komandası 27 oyuna 33 xalla 12-ci yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
27-ci tur
23 mart
Torku Konyaspor - Kartalspor - 2:0
