25 mart 2013 00:55

Kristiano Ronaldo: Bakıda oynamayacağıma görə çox məyus oldum

Futbol üzrə Portuqaliya yığmasının və İspaniyanın “Real” klubunun hücumçusu Kristiano Ronaldo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycanla oyun öncəsi müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Çoxları belə düşünür ki, siz İsraillə oyunda qəsdən sarı vərəqə almısız ki, Azərbaycana qarşı oynamayasız. Bu, belədi?
- Hədyandı. Yığma mənim ikinci evimdi. Əksinə, Bakıda oynamayacağıma görə çox məyus oldum.
 
- Oynamayacağınızı bilsəniz də, Bakıya gəlmisiz. Niyə?
- Əşyalarımı toplayıb birbaşa Madridə yollanmaq ən adi qərar olardı. Lakin Bakıya gəlməyimin komandamız üçün çox vacib olduğunu düşünürəm. Oynamasam da, əlimdən gələn köməyi etmək istəyirəm.
 
- Necə?
- Komanda il birgə məşq edirəm. Oyun zamanı isə komanda yoldaşlarıma azarkeşlik edəcəm. Yaxşı oyun sərgiləyib, qələbə qazana bilərik. Azarkeşlərimiz də bizdən bunu gözləyirlər.
 
- Azərbaycan yığmasını məğlub etmək üçün nə lazımdı?
- Bizə çox səhv etmək olmaz. İsraillə oyunumuz istədiyimiz kimi getmədi. Hələ Rusiyanı qabaqlamaq şansımız qalır. Biz ancaq bu haqda düşünməliyik.
 
- Azərbaycan yığmasının Lüksemburqa qalib gələ bilmədiyindən xəbəriniz var?
- Bəli. Əminəm ki, onlar bizə qarşı tamamilə fərqli futbol sərgiləyəcəklər. Çünki hər komanda bizə qarşı ən yaxşı oyununu sərgiləməyə çalışır. Bizi heç də asan sınaq gözləmir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.