24 mart 2013 14:56
“Əminəm ki, Portuqaliya ilə heç-heçə çoxlarını razı salacaq”
Futbol üzrə Azərbaycan yığmasının və “Simurq”un müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
- Lüksemburqla heç-heçə barədə nə deyə bilərsiz?
- Lüksemburq o qədər də zəif komanda deyil. Çətin oyun oldu. Meydança ağır vəziyyətdə idi. Ona görə də işimiz daha da çətinləşmişdi. Həm də biz heç vaxt bu oyundakı toplarla oynamamışdıq.

- Axı onlar da eyni şərtlər altında oynayırdılar...
- Yəqin ki, onlar belə şəraitdə oynamağa artıq alışmışdılar. Hər halda qol buraxmamağımız da sevindirici məqamlardandı.
- Belə bir rəqibə uduzmamağımıza görə sevinməyimiz nə dərəcədə düzgündü?
- Mən deməzdim ki, bu heç-heçəyə görə çox sevinirik. Amma onu da nəzərə almaq lazımdı ki, Lüksemburqla səfərdə oynayırdıq. Bu komanda ilə öz meydanımızda da qarşılaşacağıq. Həmin oyunda lazım olan 3 xalı qazanacağıq.

- Komandanın çıxışından razı qaldınız?
- Oyunumuzdan danışmaq istəmirəm. Amma uşaqlar sona qədər mübarizə apardılar. Özü də heç də yaxşı olmayan şərtlər altında. Sadəcə, bir qədər bəxtimiz gətirmədi. Hakim ilk yarıda rəqib qapısına penalti təyin edə bilərdi. Fikrimcə, o, həmin epizodda səhvə yol verdi.

- Portuqaliya ilə oyundan nə gözləyirsiz?
- Burda xüsusi danışılası nəsə yoxdu. Hamıya rəqibin nə qədər güclü komanda olması məlumdu. Bu qarşılaşmaya qədər tam hazır olmağa çalışacağıq. Əminəm ki, belə bir rəqiblə heç-heçə etməyimiz çoxlarını qane edəcək.

- Portuqaliya Bakıya heç də yaxşı əhval-ruhiyyə ilə gəlməyib: İsraillə heç-heçə etdilər, Kristiano Ronaldonu itirdilər...
- Amma onlar da İsraillə heç-heçədən razı qalmalıdılar. Çünki oyunun gedişində 1:3 hesabıyla geridəydilər. Özü də üçüncü qolu son saniyələrdə vurdular. Ronaldonun itkisinə gəlincə, onsuz da bu komandanın heyətində kifayət qədər ulduz futbolçular var.
- Siz hesab etmirsiz ki, Lüksemburqa qarşı sərgilədiyimiz oyunla Portuqaliyadan xal almağımız çətin görünür?
- Bəs kim dedi ki, biz Portuqaliyaya da qarşı elə oynayacağıq? Bizim hər rəqiblə qarşılaşma üçün ayrı taktikamız, oyunumuz var. Bu oyunda müsbət nəticə qazanacağımıza ümidliyik.