25 mart 2013 18:25
AFFA-nın baş katibi ilə PFF-nin prezidenti arasında görüş keçirilib
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov martın 26-da DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Portuqaliya oyunu ilə bağlı Bakıda səfərdə olan Portuqaliya Futbol federasiyasının prezidenti Fernando Qomeşlə görüşüb. Azerisport.az xəbər verir ki, görüşdə AFFA ilə Portuqaliya Futbol Federasiyası arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
