26 mart 2013 01:35
Yığmamızın rəqibi Braziliya ilə sülh bağladı (YENİLƏNİB)
Futbol üzrə Rusiya yığması Braziliya millisi ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan ruslar braziliyalılarla Londonda üz-üzə gəliblər.
Qarşılaşma sülhlə başa çatıb. Hesabı ruslar açsalar da, rəqibləri son saniyələrdə cavab qolunu vurmağa nail olublar.
Yoxlama oyunu
25 mart
Braziliya – Rusiya - 1:1
Qollar: Fred, 90 - Fayzulin, 73.
London. “Stemford Bric” stadionu.
Baş hakim: Hovard Uebb (İngiltərə).
