25 mart 2013 20:10
Azərbaycanlı azarkeşlər Ronaldonu mərkəzi arenada görə bilmədilər
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah Azərbaycanın qonağı olacaq futbol üzrə Portuqaliya yığması bu gün Tofiq Bəhramov adına Respublika stadionunda son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, 19:00-da start götürən hazırlıq prosesinə azarkeşlər tərəfindən böyük maraq var idi.
Belə ki, məşq zamanı 1000-dən çox fanat mərkəzi arenaya daxil olub, portuqalların məşqini izləməyə çalışıb. Lakin polislər onları arenaya buraxmayıblar.
Məşq prosesini yalnız jurnalistlər izləyə biliblər. Media nümayəndələrinə sadəcə hazırlıq prosesinin ilk 15 dəqiqəsini izləmək imkanı yaradılıb.
