25 mart 2013 20:35
Paulo Bento azərbaycanlı jurnalistlərə qarşı hörmətsizlik etdi
Sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq Portuqaliya millisinin baş məşqçisi Paulo Bento bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis tədbir zamanı azərbaycanlı jurnalistlərə qarşı hörmətsizliyini nümayiş etdirib.
Belə ki, o, konfrans başlayan kimi yalnız öz həmyerliləri ilə, tərcüməçisiz danışmağa qərar verib. Təbii ki, bu da yerli mətbuat nümayəndələrinin narazılığına səbəb olub.
Buna cavab olaraq bəzi jurnalistlər mətbuat konfransını tərk etməyə qərar veriblər.
