25 mart 2013 21:25
Paulo Bento: Sabah başqa nəticə olmayacaq, qələbə qazanmaq istəyirik
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığmasının qonağı olacaq Portuqaliya millisinin baş məşqçisi Paulo Bento bu gün Bakıda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə öz həmyerliləri ilə, tərcüməçisiz danışıb.
Bunu hörmətsizlik kimi qəbul edən azərbaycanlı jurnalistlərin bəzisi konfrans zalını tərk ediblər. Lakin Bento yerli media əhli üçün də vaxt ayırıb. Hörmətsizliyinin səbəbini izah etməyən portuqalların çalışdırıcısı sabahkı oyunla bağlı bunları dilə gətirib:
“Sabah biz müdafiə olunmağı bacaran komandaya qarşı oynayacağıq. İlk oyunda rəqib özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı. Amma burda Portuqaliyadakından daha çətin olacaq. Çoxlu güc sərf etməliyik ki, qələbə qazanaq”.
“Sabah biz müdafiə olunmağı bacaran komandaya qarşı oynayacağıq. İlk oyunda rəqib özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı. Amma burda Portuqaliyadakından daha çətin olacaq. Çoxlu güc sərf etməliyik ki, qələbə qazanaq”.
Bento İsraillə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən və yığmamıza qarşı oynamayacaq İspaniyanın “Real” klubunun hücumçusu Kristiano Ronaldonun yoxluğundan da danışıb: “O, bu sarı vərəqəni qəsdən almayb. Mən belə söz deməmişəm. Həm Ronaldo, həm də Nani bizim üçün çox vacib oyunçulardı. Amma komandamız onlardan asılı deyil. Hər ikisini layiqincə əvəzləyə biləcək futbolçularımız var”.
Paulo Bento Bakıya yalnız üç xal üçün gəldiklərini bəyan edib: “Başqa nəticə haqda düşünmürük. Qələbə qazanmaq istəyirik”.
