25 mart 2013 11:15
Yığmamızdan daha bir heç-heçə
Estoniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Estoniyanın U-19 yığması olub.
Qarşılaşma heç-heçə başa çatıb - 1:1. Yığmamızın heyətində Ruslan Nəsirli fərqlənib.
