25 mart 2013 11:31
AFFA mətbuat nümayəndələri üçün ayrıca giriş qapısı seçdi
DÇ-2014-ün seçmə seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyununu işıqlandıracaq mətbuat nümayəndələrinin stadiona rahat daxil olmasına şərait yaratmaq üçün ayrıca giriş qapısı müəyyənləşdirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, mətbuat nümayəndələri Tofiq Bəhramov adına Respublika stadionunun Cənub darvazasından arenaya daxil ola bilərlər.
