25 mart 2013 11:43
AFFA fan-klublara bilet verəcək
Azərbaycan milli komandasının bütün ev oyularında olduğu kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan - Portuqaliya oyunu üçün də AFFA tərəfindən fan-klublara bilet veriləcək. Azerisport.az xəbər verir ki, biletlər əvvəlki oyunlarda oilduğu kimi, müəyyən edilmiş sayda olacaq və yalnız fan-klubların rəhbərlərinə qarşılaşmanın başlanmasına 2 saat qalmış Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında təqdim olunacaq.
Məlumatı qurumun rəsmi saytı yayıb.
