26 mart 2013 00:12
Bahodir Nasimov ailəsi ilə birgə Bakıya qayıtdı
Toy mərasimi ilə əlaqədar bir müddət əvvəl Özbəkistana yollanmış Bahodir Nasimov ailəsi ilə birgə Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Hücumçu “Neftçi”nin ötən gün keçirilmiş məşqində də iştirak edib. Təxminən saat yarım davam etmiş hazırlığa milli komandaların heyətinə cəlb edilmiş futbolçular qatılmayıb.
