25 mart 2013 12:15
Rauf Əliyev: Portuqaliya ilə oyunda növbəti sensasiyaya imza atmaq istəyirik
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “Bakı”nın forvardı bunları dilə gətirib:
“Biz dünyanın ən güclü yığmalarından birinə qarşı oynayacağıq. Onların gücü hamıya bəllidi. Amma biz də meydana nəticə qazanmaq üçün çıxacağıq. Evdə daha yaxşı oynayırıq. Doğma divarlar arasında az sensasiya etməmişik. Bunu yenə təkrarlamağı çox istəyirik. Portuqaliya yığmasının son oyunlarına baxmışıq. Fikrimcə, İsrail kimi, biz də onlara qarşı layiqli mübarizə apara bilərik. Ən azından bu komandanı əks-hücumlarda cəzalandıra bilərik. Rəqibin heyətində Ronaldo və Nani kimi futbolçular bizə qarşı oynamayacaq. Amma Portuqaliya yığması bu futbolçulardan asılı komanda deyil. Onların başqa da güclü futbolçuları yetərincədi. Bizə istənilən halda çətin olacaq”.