25 mart 2013 12:23
Kamran Ağayev: Portuqaliyaya qarşı oynayıb-oynamayacağımı bilmirəm
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “Bakı”nın qolkiperi bunları dilə gətirib:
“Hələ Portuqaliyaya qarşı oynayıb-oynamayacağımı bilmirəm. Əgər meydana çıxsam, komandamıza kömək etməyə çalışacağam. Yığmada əsas heyət anlayışı yoxdu. Hamı oynamağa hazır olmalıdı. Lüksemburqla oyunda heç-heçə etdik. Amma həmin görüşdə qalib gəlməyə borclu idik. Rəqib futbolçuları heç də küçədən tutub gətirməmişdilər. Onlar da futbol oynamağı bacarırlar. Səfərdə oynadığımızı nəzərə alsaq, heç-heçə pis nəticə sayılmamalıdı. Sadəcə, biz çox ehtiyatlı oynadığımıza görə, istədiyimiz futbolu sərgiləyə bilmədik”.