26 mart 2013 00:28
Ponomaryov: Azərbaycanda Arşavinə pul ödəyə biləcək klublar var
Futbol üzrə Azərbaycan yığmasının sabiq futbolçusu, İqor Ponomaryovun oğlu Anatoli Ponomaryov rusiyalı futbolçu Andrey Arşavinin Premyer Liqamızda çıxış etmək şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, qonşu ölkə mətbuatına müsahibəsində bunları qeyd edib:
- Bu keçidin nə dərəcədə mümkün olduğunu bilmirəm. Amma təbii ki, bu, çox gözəl olardı. Azərbaycan futbolu üçün Arşavin kimi futbolçunun transferi çox yaxşıdı. Niyə də olmasın?
- Bəs Arşavin Azərbaycanda nə qədər qazana bilər? Hansı klublar ona lazım olan pulu verə bilər?
- Mən bu keçidin maliyyə tərəfini müzakirə edə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, Azərbaycanda Arşavinə pul ödəyə biləcək klublar var.
- Mən bu keçidin maliyyə tərəfini müzakirə edə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, Azərbaycanda Arşavinə pul ödəyə biləcək klublar var.
