25 mart 2013 12:33
Berti Foqts: Hazırlıqlardan razıyam
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları dilə gətirib:
“Hazırlıqdan razıyam. Lüksemburqla oyundan 16 saat sonra məşqə çıxdıq. Çempionatda Avropa Liqasının oyunlarına görə fasilə yaranır. Amma burda belə şey yoxdu. Oynamaq lazımdı. Bizi dünyanın ən güclü komandalarından biri ilə oyun gözləyir”.
