25 mart 2013 12:40
Vaqif Cavadov Portuqaliya ilə oyunu buraxacaq
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Portuqaliya ilə oyunu buraxacaq. Azerisport.az xəbər verir ki, bu barədə yığmamızın baş məşqçisi Berti Foqts məlumat verib:
“Cavadov heyətdə olmayacaq. Bunun səbəbi onun zədəli olmasıdı”.
“Cavadov heyətdə olmayacaq. Bunun səbəbi onun zədəli olmasıdı”.
Qeyd edək ki, Cavadov Lüksemburqla son oyunda zədələnmişdi. Onun qarşıdakı oyuna qədər hazır olacağı gözlənilsə də, göründüyü kimi, “Qarabağ”ın forvardı bu istəyinə çata bilmədi.
