25 mart 2013 12:54
“Portuqaliyaya qarşı hansı sürprizlər hazırladığımızı deməyəcəm”
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Olaf Yansen DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları dilə gətirib:
“İsrail yığması bizdən güclüdü. Onların heyətində olan futbolçular bizdə yoxdu. Onlar Portuqaliya ilə oyunda müdafiəni yaxşı qurmuşdular. İlk iki qolu heç nədən vurdular. Hesab 3:1 olandan sonra isə Portuqaliya öz səviyyəsini göstərməyə başladı. Biz Portuqaliyaya qarşı hansı sürprizi hazırladığımızı deməyəcəm. Sabah bizi maraqlı oyun gözləyir. Mübarizə aparacağıq”.
Qeyd edək ki, Olaf Yansen İsrail – Portuqaliya matçını canlı izləyib və öz qeydlərini Berti Foqtsa təqdim edib.
Qeyd edək ki, Olaf Yansen İsrail – Portuqaliya matçını canlı izləyib və öz qeydlərini Berti Foqtsa təqdim edib.
