25 mart 2013 13:12
Foqts: Çox işlədiyimə görə tənqid olunmağımı başa düşə bilmirəm
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis öncə bunları dilə gətirib:
- Hazırlıqdan razıyam. Lüksemburqla oyundan 16 saat sonra məşqə çıxdıq. Çempionatda Avropa Liqasının oyunlarına görə fasilə yaranır. Amma burda belə şey yoxdu. Oynamaq lazımdı. Bizi dünyanın ən güclü komandalarından biri ilə oyun gözləyir.
- Ronaldo və Nani kimi ulduz futbolçuların yığmamıza qarşı oynamamasını necə dəyərləndirə bilərsiz?
- Bu, bizim işimizi çətinləşdirən amillərdəndi. Çünki rəqibin heyətindəki 11 futbolçu onların yoxluğunu hiss etdirməmək üçün əlindən gələni edəcək.
- Bu, bizim işimizi çətinləşdirən amillərdəndi. Çünki rəqibin heyətindəki 11 futbolçu onların yoxluğunu hiss etdirməmək üçün əlindən gələni edəcək.
- Lüksemburq və Portuqaliya ilə oyunlara hazırlaşmaq üçün sizə kifayət qədər vaxt ayrılmışdı. Amma siz hələ də futbolçularımızın qısa zaman kəsiyində iki oyun keçirməkdə çətinlik çəkdiyini deyirsiniz...
- Hazırlıqlara neçə gün tez başlamışdıq ki? Cəmi üç gün öncə. Mən bunu ona görə edirəm ki, klublardakı işdən narazıyam. Əgər çox işləyirəmsə, bunun nəyi pisdi? Buna görə niyə tənqid olunmağımı başa düşə bilmirəm.
- Portuqaliya ilə səfərdəki oyuna nələrisə öyrənmək üçün getdiyinizi demişdiniz. Bəs bu dəfə?
- Bakıdakı oyunda sürpriz etmək ümidindəyik. Meydana da yalnız bunun üçün çıxacağıq. Qələbə qazanmaq istəyirik.
- Bakıdakı oyunda sürpriz etmək ümidindəyik. Meydana da yalnız bunun üçün çıxacağıq. Qələbə qazanmaq istəyirik.
- Araz Abdullayevi niyə yığmaya çağırmırsız?
- Araz haqda artıq danışmışam. Niyə oynamadığını o özü bilir. Beynəlxalq arenada tamamilə fərqli tələblər var.
- Araz haqda artıq danışmışam. Niyə oynamadığını o özü bilir. Beynəlxalq arenada tamamilə fərqli tələblər var.
- Lüksemburqla oyunu analiz etmisiz?
- Mən uduzduğumuz bütün oyunlardan narazı qalmışam. Lüksemburqla oyunun isə təxminən 60 dəqiqəsindən razı qaldım. Qol vura bilərdik. Ələ düşən şansları dəyərləndirmədik.
- Mən uduzduğumuz bütün oyunlardan narazı qalmışam. Lüksemburqla oyunun isə təxminən 60 dəqiqəsindən razı qaldım. Qol vura bilərdik. Ələ düşən şansları dəyərləndirmədik.
- Lüksemburqla oyunda Rəşad Sadiqov yorğun görünsə də, siz onu Elvin Məmmədovla əvəzləmədiniz. Niyə?
- Mən hiss etdim ki, rəqib yorulub. Ona görə də Cihan Özkaranı meydana buraxdım ki, hücuma dəstək olsun. Həm də məşqlərdə Cihanın Elvindən daha hazırlıqlı olduğunu gördüm.
- Mən hiss etdim ki, rəqib yorulub. Ona görə də Cihan Özkaranı meydana buraxdım ki, hücuma dəstək olsun. Həm də məşqlərdə Cihanın Elvindən daha hazırlıqlı olduğunu gördüm.
- Özkara klubunda bir oyun da keçirmədiyi halda, onu niyə yığmaya dəvət edirsiz? Onun meneceri ilə tanış olduğunuza görə bunu etdiyiniz iddia olunur...
- Mən onu tanımıram.
