25 mart 2013 13:27
Berti Foqts: İndi 8 xalımız ola bilərdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis komandamızın xal ehtiyatının daha yaxşı olmamasından danışarkən bunları dilə gətirib:
“Biz Rusiyadan bir xalla dönə bilərdik. Həmçinin İsrail və Şimali İrlandiyaya qalib gəlməliydik. Bunu bacarsaydıq, indi səkkiz xalımız var idi. Amma təcrübənin azlığı buna imkan vermədi. Komandamızda çoxlu gənc futbolçular var. Bu, öz sözünü deyir”.
