26 mart 2013 22:52

Portuqaliyadan AFFA-ya ad günü hədiyyəsi (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız doğma divarlar arasında Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirib.
 
Qeyd edək ki, bu, komandamızın cari seçmə mərhələdəki altıncı oyunuydu. Foqtsun yetirmələri ötən ilə təsadüf edən ilk dörd oyunda öncə Bakıda İsraillə 1:1 hesablı heç-heçəyə razılaşmış, ardından səfərdə Portuqaliya (0:3) və Rusiyaya (0:1) məğlub olmuşdu. 2012-ci ilə təsadüf edən son rəsmi görüşdə isə Şimali İrlandiya ilə səfər heç-heçəsinə (1:1) nail olmuşduq. Elə 2013-cü ildəki ilk rəsmi oyunumuzda – Lüksemburqla səfər oyununda da heç-heçə (0:0) qeydə alınmışdı. Göründüyü kimi, yığmamız bu oyunda ilk qələbəsini rəsmiləşdirə bilərdi.
 
Lakin dünyanın ən güclü yığmalarından biri ilə görüşdə nəinki qələbə, heç xal da qazana bilmədi. Bu məğlubiyyətdə Raufun cəmi iki dəqiqə ərzində ardıcıl sarı vərəqə almaqla meydandan qovulması da az rol oynamadı. Beləcə, yığmamızın ilk qələbə arzusu ən azı növbəti oyuna qədər uzandı.
 
Maraq üçün onu da xatırladaq ki, bu gün həm də AFFA-nın yaradılmasının 21 ili tamam olurdu. Amma yığmamız federasiyanın ad gününə belə bir məğlubiyyətlə "hədiyyə" etmiş oldu.
 
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
26 mart
 
AZƏRBAYCAN - PORTUQALİYA - 0:2 (0:0)
Qol: B.Alveş, 63 (0:1)
Hakimlər: Andre Marriner, Simon Peter Bennett, Stüart Burt, Entoni Teylor (hamısı İngiltərə).
 
Oyun başladı. Yığmamıza uğurlar arzulayırıq!
5. Hələ ki, yığmamız daha çox müdafiəyə daha çox diqqət ayırmaqdadı və topa nəzarət qonaqlardadı
6. Yığmamız rəqibi çox gözəl əks-hücumda yaxalasada, əla şansdan yararlana bilmir. Erkən qolla qonaqları şoka sala bilərdik
8. Danninin zərbəsini Kamran çətinlik çəkmədən tutur
10. Moutinyonun uzaqdan zərbəsi qapının üstündən keçir
13. Danninin başla zərbəsi zamanı top qapının üstündən keçir
16. Poştiqanın da uzaqdan zərbəsi qeyri-dəqiqdi
17. Qonaqların ilk təhlükəli hücumu zamanı Poştiqanın zərbəsini Kamran əla reaksiya ilə geri qaytarır
18. Qonaqların korner vuruşu zamanı futbolçularımız təhlükəni uzaqlaşdırırlar
20. Pireneylilərin növbəti künc zərbəsi yenə təhlükənin uzaqlaşdırılmasıyla nəticələnir
21. Komandamızın növbəti əks-hücumu yenə təhlükəli alınsa da, Raufun əla cinah ötürməsini qapıya göndərən tapılmır
22. Poştiqanın təhlükəli baş zərbəsi zamanı Kamran topu tutmağı bacarır
27. Vüqarın sol cinahdan ötürməsini rəqib qapıçı asanlıqla tutur
28. Qonaqların çox təhlükəli hücumu zamanı Poştiqanın boş qapını nişan almasına R.Sadıqov zədələnmək bahasına da olsa, mane ola bilir
29. Bu dəqiqələrdə müdafiə xəttimiz kobud səhvlər buraxırlar. Növbəti təhlükəli hücum zamanı Kamran vaxtında önə çıxıb topu tutur
30. Portuqallar təhlükəli nöqtədən cərimə zərbəsi qazanırlar. Velozonun təhlükəli cərimə zərbəsi təhlükəli olsa da, qapıdan azca yan keçir
33. Pepe Raufa qarşı kobud oyuna görə sarı vərəqə alır
34. Yığmamız ilk korner vurmaq hüququ qazanır. Amma komandamızın hesabı açmasına azacıq dəqiqlik çatışmır
39. Danniyə qarşı kobudluğa görə Sadıqov da sarı vərəqə alır
40. B.Alveşin çox təhlükəli cərimə zərbəsi dirəkdən dönür. Təkrar zərbə zamanı isə Ramaldanov topu kornerə çıxarır
40. Qonaqların korner vuruşu da təhlükəli alınır. Amma futbolçularımız təhlükəni çətinliklə də olsa, sovuşdura bilirlər
44. Komandamız son dəqiqələri hücumda keçirir
45. İlk hissəyə iki dəqiqə əlavə olunur
45+3. Kamran Ağayev inanılmaz reaksiya ilə komandamızı real qoldan xilas etdi
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Portuqaliya ikinci hissəyə də hücumlarla başlayıb. Uzaqdan zərbəni Kamran Ağayev tutur
48. M.Şükürov da sarı vərəqə alır
48. Kamran növbəti dəfə əla reaksiya ilə təhlükəni sovuşdurur
50. Portuqalların daha bir korner vuruşu Kamran tərəfindən sovuşdurulur
51. Vüqar Nadirov əllə oyuna görə sarı vərəqə alır
51. Hakimə etiraza görə Rauf Əliyev də sarı vərəqə ilə cəzalanır. Çox gərəksiz bir addım!
54. Qonaqların cərimə zərbəsi zamanı hər şey bizim üçün yaxşı qurtarır
55. Bu da Raufun gərəksiz yerə sarı vərəqə almasının "məntiqi" nəticəsi! O, rəqib futbolçu ilə hava mübarizəsi zamanı kobud oynadığına görə ikinci sarı - qırmızı vərəqə ilə meydandan qovulur
58. Portuqalların künc zərbəsi zamanı futbolçularımız topu uzaqlaşdırırlar
58. Qonaqların heyətində R.Meyreleşi H.Almeyda əvəzləyir
62. Almeydanın ilk qapıya zərbəsi zamanı top qapının üstündən keçir
62. Yığmamızın heyətndə V.Nadirovu V.Levin əvəzləyir
63. Künc zərbəsi zamanı B.Alveşin baş zərbəsi qarşısıalınmaz olur - 0:1
65. Qoldan sonra mərkəzi arenada ənənəvi "istefa" şüarlarını eşitmək gözlənilən idi
69. Yığmamızın heyətində ən zəiflərdən olan E.Məmmədovu P.F.Azad əvəzləyir
73. Rəqib komandada Dannini Varela əvəzləyir
75. Komandamız qolun şokundan az da olsa, ayılıb və artıq hücumlar qurmağa çalışır
79. Qapı qarşısına ötürmə zamanı Almeyda boş qapını dəqiq nişan alır - 0:2
82. Poştiqanı Kustodio əvəzləyir
85. Komandamız demək olar ki, matçın başa çatmasını gözləyir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+3. Joao Pereyra az qala üçüncü qolu vuracaqdı. Son anda top qapı dirəyinin yanından keçir
Oyun başa çatdı
 
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov, 10. Elvin Məmmədov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov, 18. Maksim Medvedev, 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: 2. Bədavi Hüseynov, 5. Elnur Allahverdiyev, 6. Rəşad Sadiqov, 7. İlkin Qırtımov, 8. Pərdis Fərcad-Azad, 9. Cihan Özkara, 12. Anar Nəzirov, 13. Qara Qarayev, 19. Rahid Əmirquliyev, 20. Rüfət Dadaşov, 21. Vladimir Levin, 23. Səlahət Ağayev.
PORTUQALİYA: 12. Ruy Patrisio, 2. Bruno Albeş (k), 3. Pepe, 4. Migel Velozo, 5. Fabio Koentrao, 8. Joao Moutinyo, 10. Migel Danni, 16. Raul Meyreleş, 17. Vieyrinya, 21. Joao Pereyra, 23. Elder Poştiqa.
Ehtiyat oyunçular: 1. Eduardo Karvalyo, 22. Beto, 5. Migel Kustodio, 9. Hüqo Almeyda, 11. Paulo Maşado, 13. Sereno, 14. Luis Neto, 15. Silvio Pereyra, 17. Antuneş, 18. Silvestre Varela, 19. Pitsi, 20. Eder.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.