25 mart 2013 15:17
Azərbaycan – Portuqaliya matçına 21 500 bilet satılıb
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah Bakıda keçiriləcək Azərbaycan – Portuqaliya matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna artıq 21 500 bilet satılıb.
Lakin oyun saatına qədər bu göstəricilərin daha da artması gözlənilir. İstisna deyil ki, bu görüşdə anşlaq olsun.
Qeyd edək ki, biletlərin qiyməti 2-50 manat aralığında dəyişir. Qarşılaşmanı canlı izləmək istəyən azarkeşlər buna 28 Mall, Park Bulvar və Metroparkdakı satış nöqtələrinə yaxınlaşmaqla nail ola bilər.
Sonda onu da əlavə edək ki, mərkəzi arenanın azarkeş tutumu 31 000-di.
Sonda onu da əlavə edək ki, mərkəzi arenanın azarkeş tutumu 31 000-di.
