26 mart 2013 23:18
Berti Foqts: Komandadan daha çox şey gözləyirdim
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:2 hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib.
“Hakimin bu cür qərarından sonra biz bu nəticə ilə barışmağa borclu idik. Etiraf edim ki, komandamdan narazı qaldım. Futbolçularımdan daha çox şey gözləyirdim. Rəqibə daha çox təzyiq göstərməliydik. Daha çox hücum edəcəyimizi gözləyirdim. Amma oyunçularda buna güc çatmadı. Portuqaliya kimi komandaya qarşı 10 nəfərlə mübarizə aparmaq çox çətindi. Nəticədə iki qol buraxdıq. Qonaqları qələbə münasibətilə təbrik etməkdən başqa heç nə qalmır”.
