26 mart 2013 23:36

Berti Foqts: Mən gənclərə yol göstərirəm

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:2 hesablı məğlubiyyətlə bağlı öncə bunları dilə gətirib.

- Hakimin bu cür qərarından sonra biz bu nəticə ilə barışmağa borclu idik. Etiraf edim ki, komandamdan narazı qaldım. Futbolçularımdan daha çox şey gözləyirdim. Rəqibə daha çox təzyiq göstərməliydik. Daha çox hücum edəcəyimizi gözləyirdim. Amma oyunçularda buna güc çatmadı. Portuqaliya kimi komandaya qarşı 10 nəfərlə mübarizə aparmaq çox çətindi. Nəticədə iki qol buraxdıq. Qonaqları qələbə münasibətilə təbrik etməkdən başqa heç nə qalmır.
 
- Azərbaycan yığması rəqib qapısına bir dənə də zərbə endirmədi. Bu fakt sizin üçün nə deməkdi?
- Çox kəskin sualdı. Bizdə gənc komandadı. Siz Portuqaliya yığmasının üzvlərinin də harda oynadığına baxın, bizimkilərin də. Rəqibin heyətində yüksək səviyyəli futbolçular yetərincədi. Buna baxmayaraq, bizim də şanslarımız oldu. Görünür, bizim oyunçular hələ o gücə malik deyillər ki, Portuqaliyaya qol vursunlar.
 
- Bu komanda ilə işləməkdən xoşunuz gəlir?
- Bu komanda xoşuma gəlir. Mən gənc oyunçulara yol göstərirəm. Klublardakı məşqçi həmkarlarımdan da kömək və dəstək gözləyirəm. Məsələn, Avropa Liqasının oyunları zamanı bəzi matçlar təxirə salınırdı. Amma biz dörd gün içində iki görüş keçirməli olduq.
 
- Cavid Hüseynovla Elvin Məmmədov eyni tipli futbolçulardılar. Onların eyni vaxtda meydanda olmasını səhv qərar hesab etmirsiz ki?
- Bu haqda sizinlə diskussiya qurmaq istəmirəm. Cavid müdafiəyəmeylli yarımmüdafiəçi rolunu yerinə yetirirdi. Elvin isə hücumların təşkilində yardımçı olmalıydı.
 
- Azərbaycan yığmasında beş il ərzində heç nə edə bilmədiyinizə görə utanırsız?
- Son illərdə yığmaya çoxlu gənc futbolçular cəlb olunub. İndi biz reytinqdə əvvəlkinə nisbətən daha yüksək yerlərdəyik. Bu, inkişafdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.