26 mart 2013 23:43
Azərbaycanlı jurnalistlər Paulo Bentonu boykot etdilər
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Portuqaliya matçından (0:2) matçından sonra yerli jurnalistlər qonaqların baş məşqçisi Paulo Bentonu boykot ediblər. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransı zamanı portuqaliyalı mütəxəssis zala daxil olan kimi, azərbaycanlı media nümayəndələri otağı tərk ediblər.
Qeyd edək ki, bu, Bentonun ötən gün həmkarlarımıza qarşı nümayiş etdirdiyi hörmətsizliyə cavab addımı idi. Portuqaliya yığmasının çalışdırıcısı oyundan öncə keçirdiyi mətbuat konfransı zamanı öncə öz həmyerlilərinin suallarını cavablandırmış, açıqlamalarının Azərbaycan dilinə tərcümə olunmasına icazə verməmişdi. Buna etiraz əlaməti olaraq bəzi yerli jurnalistlər konfrans zalını tərk etmişdilər. O, yalnız sonda yerli mətbuat nümayəndələrinin bir-iki sualını cavablandırmışdı.
