27 mart 2013 00:27
Finlandiya Azərbaycana Lüksemburqu məğlub etməyin yolunu göstərdi (YENİLƏNİB)
Futbol üzrə Lüksemburq yığması yoldaşlıq görüşü keçirib. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqibi olan lüksemburqlular doğma meydanda Finlandiya ilə qarşılaşıb.
Qeyd edək ki, Lüksemburq dörd gün öncə Azərbaycanla ev oyununda qolsuz heç-heçəyə nail olmuşdu. Lakin finlər bu komandanı darmadağın ediblər - 3:0.
Yoldaşlıq oyunu
26 mart
Lüksemburq – Finlandiya – 0:3 (0:1)
Qollar: Rinq, 44, Forssell, 50-pen, Toivio, 90.
Matçın 52-ci dəqiqəsində meydan sahiblərinin heyətində Filipps qırmızı vərəqə alıb
