27 mart 2013 00:08
Bruno Alveşdən Azərbaycan üzərində qələbəyə şərh
Futbol üzrə Portuqaliya yığmasının müdafiəçisi Bruno Alveş DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində kapitan 2:0 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları söyləyib:
“Ağır oyun oldu. Xüsusilə birinci hissədə bizə çox çətin idi. İkinci hissədə isə təşəbbüsü ələ almağı bacardıq. Amma yenə də rəqib qapısı qarşısında qol vəziyyəti yaratmaqda çətinlik çəkirdik. Şadam ki, vurduğum qol qələbə qazanmağımızda pay sahibi oldu”.