26 mart 2013 12:08
Elşad Nəsirov: Berti Foqtsla razıyam – futbolçuları klublarda hazırlamaq lazımdı
AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun azerisport.az saytına müsahibəsi
- Bu gün Azərbaycan yığması Portuqaliya ilə çətin oyuna çıxır. Nə gözləyirsiz?
- Bu oyunda rəqib komandanın Ronaldo və Nani kimi iki aparıcı futbolçusu oynamır. Amma bu komanda heç də onlardan asılı deyil. Ona görə də ulduz futbolçuları olmayan Portuqaliyanı məğlub edəcəyimizi düşünmək olmaz. Əlbəttə, evdə oynayırıq, futbolçularımız mümkün qədər ən yaxşı oyunlarını sərgiləməyə çalışacaqlar. Hər halda uğurlu nəticəyə ümidliyəm.

- Bu oyunda uğur qazanmaq həm də Lüksemburqla sonuncu heç-heçəni unutdurmaq üçün vacibdi...
- Lüksemburqla oyun bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Futbolçularımız həmin oyunda daha üstün futbol sərgilədilər, fiziki cəhətdən rəqibdən güclü olduqlarını isbatladılar. Qələbə qazanmaq istəsək də, alınmadı. Lakin bunun faciə olduğunu düşünmürəm.
- Azarkeşlərin və mütəxəssislərin əksəri belə hesab edir ki, Azərbaycan Lüksemburq kimi komandaları mütləq məğlub etməlidi...
- Əlbəttə, Lüksemburq kiçik ölkədi. Amma bu, onların komandasının da zəif olduğunu deməyə əsas vermir. Bu komandaya yuxarıdan aşağı baxmaq düzgün deyil. Onda əksər futbol ölkələri də bizə eyni gözlə baxmış olardılar. Əgər komandaların gücü hər ölkənin əhalisinin sayına, xalqın böyüklüyünə görə ölçülsəydi, onda Çin və Hindistan dünya futbolunun liderləri olardı. Amma unutmamalıyıq ki, hər kоmandanın heyətində meydana yalnız 11 futbolçu çıxır.
- Berti Foqts son müsahibəsində qeyd edib ki, ilin sonunda Almaniyaya qayıda bilər. Onun bu açıqlamasına sizin münasibətinizi bilmək istərdik...
- Mən Foqtsun xarici mətbuata müsahibələrini oxumuram. Ona görə də bu açıqlamasına və ilin sonundakı planlarına heç bir münasibət bildirə bilmərəm.
- Siz özünüz Foqtsun işindən razısız?
- Foqts artıq beş ildi Azərbaycandadı. Onun sayəsində yığmamızda intizam yüksəlib. Futbolçularımız indi fiziki cəhətdən daha yaxşı təsir bağışlayırlar. Baxmayaraq ki, onların çox klublarında lazım olan hazırlığı keçmirlər. Mən Foqtsun o fikri ilə razıyam ki, futbolçuları bu hazırlıqları klubunda keçməlidi.

- AFFA İcraiyyə Komitəsinin son iclasında Premyer Liqanın formatı dəyişdirildi. 10 klubdan ibarət dörd dövrəli çempionatla bağlı düşüncələriniz necədi?
- Bu, kifayət qədər yaxşı reqlamentdi. Çox oyunun keçirilməsi futbolçular üçün daha çox oyun təcrübəsinin olması deməkdi. Çempionatımız bundan sonra daha maraqlı olacaq. Ümid edirəm ki, Premyer Liqamıza maraq da artacaq.

- Əksər mütəxəssislər legioner limitində də dəyişiklik edilməli olduğunu düşünürlər. Çünki bu, yerli futbolçuların inkişafına əngəl törədir...
- Bu, təkcə azarkeşləri yox, AFFA-nı da çox narahat edir. Amma bizdə hələ yüksək səviyyəli yerli futbolçular azdı. Ona görə də limitdə dəyişiklik etmək tezdi. Gənclər hələ lazım olan səviyyəyə çatmayıblar. Onlar ən azından 10 kluba bəs edəcək sayda deyillər. Amma legionerlər hazırda yaxşı rəqabət yaratmaqdadılar və Azərbaycan futboluna marağı artırırlar. Zaman keçdikcə həmin legionerləri layiqincə əvəzləyə biləcək gənclərimizin meydana çıxacağına inanıram. Bax onda bu məsələni yenidən gündəmə gətirmək olar.