26 mart 2013 12:26
Antonio Semedo: Azərbaycan yığmasında motivasiya baxımından çatışmazlıq olmayacaq
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Antonio Semedo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsnidə keçiriləcək Azərbaycan – Portuqaliya oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, portuqaliyalı futbolçu bunları dilə gətirib:
“Azərbaycan yığmasında motivasiya baxımından çatışmazlıq olmayacaq. Birincisi, bu komanda güclü rəqiblərinə qarşı yaxşı oyun nümayiş etdirməsi ilə məşhurdu. İkincisi, onlar yaxşı mükafat ala bilərlər. Məsələn, onların oyunçuları Belçika ilə heç-heçəyə görə 60 000 ABŞ dolları aldılar. Onlar heç də asanlıqla təslim olmayacaqlar. Sona qədər mübarizə aparacaqlar”.
