27 mart 2013 00:19

Bento: Bəxtimiz gətirdi ki, Azərbaycan millisi azlıqda qaldı

Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Paulo Bento DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az xəbər verir ki, qonaqların çalışdırıcısı 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra yenə də öncə öz həmyerliləri ilə söhbətləşib və açıqlamalarının yerli jurnalistlər üçün tərcümə edilməsinə imkan verməyib.
 
O, yalnız sonda azərbaycanlı jurnalistlərin üç sualını cavablandırıb.
 
- Komandanız topa daha çox nəzarət etsə də, qol vurmaqda çətinlik çəkirdi. Niyə?
- İki hücumçu ilə oynamaq istəyirdik. Çünki qol vurmaq və qələbə qazanmaq istəyirdik.
 
- Rusiya ilə oyunda suallara qadağa yox idi. Bəs Bakıda niyə ancaq portuqaliyalı jurnalistlərə danışmağa qərar verdiniz?
- Bu suala cavab verməyəcəm. Oyundan danışaq.
 
- Sizcə, Rauf  Əliyev qırmızı vərəqə almasaydı, komandanız qalib gələ biləcəkdi?
- Biz hər oyuna yalnız qələbə qazanmaq üçün çıxırıq. Bu oyunda da bəxtimiz gətirdi ki, rəqib komanda azlıqda qaldı. Bu, hakimin qərarıdı. Amma hətta oyunçunuz qırmızı vərəqə almasaydı da, biz qələbə qazanmağa çalışacaqdıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.