27 mart 2013 00:36
Ruslan Abışov: Portuqaliyaya qarşı pis oynamadıq
Futbol üzrə Azərbaycan yığmasının üzvü Ruslan Abışov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya ilə oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib.
“Biz pis oynamadıq. Xüsusilə də birinci hissədə yaxşı təsir bağışladıq. Qol vəziyyətlərimiz də oldu. Onlardan yararlanmaq lazım idi. Qırmızı vərəqə alandan sonra işimiz xeyli çətinləşdi. Məhz bunun da nəticəsində qapımızdan iki qol buraxdıq”.
