26 mart 2013 12:35

AFFA – 21!

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yaradılmasının 21-ci ili tamam olur. Azerisport.az xəbər verir ki, AFFA 1992-ci il martın 26-da yaradılıb.
 
Bu təşkilat Azərbaycanda futbolun idarə edilməsini həyata keçirir. Qurumun əsas məqsədi futbolun inkişafına və ölkədə populyarlaşmasına nail olmaqdı.
 
AFFA 1994-cü ildə FİFA və UEFA-ya üzv seçilib. Bununla da təşkilat klublarımızla yığmalarımızın beynəlxalq miqyaslı oyunlarda çıxış etmələrinə imkan yaranıb.
 
AFFA-nın ilk prezidenti Fuad Musayev quruma 1992-2003-cü illərdə rəhbərlik edib. Həmin dövrdə Azərbaycan futbolu müəyyən böhran keçirib, klublarla təşkilat arasında gərginlik yaşanıb. Klubların 2012-ci ilin aprelində 11-ci milli çempionatı dayandırmaları ilə pikə çatan gərginlik FİFA və UEFA-nın 2 illik sanksiyası ilə bitib.
 
2003-cü ildə ölkənin rəsmi qurumlarının və beynəlxlaq futbol təşkilatlarının iştirakı ilə imzalanmış Sürix müqaviləsi ilə AFFA-nın yeni Nizamnamə layihəsi hazırlanıb.
 
2003-cü il dekabrın 29-da AFFA-nın növbəti VI hesabat-seçki konfransı keçirilib, yeni Nizamnaməyə əsasən, AFFA-nın yeni prezidenti Ramiz Mirzəyev seçilib. Lakin Mirzəyev 2007-ci ildə vəfat edib. AFFA İcraiyyə Komitəsinin dekabrın 4-də keçirdiyi iclasın qərarına əsasən, prezident səlahiyyətlərinin icrası vitse-prezident Elşad Nəsirova həvalə olunub.
 
AFFA-nın 14 mart 2008-ci ildə keçirilmiş növbədənkənar konfransında Rövnəq Abdullayev qurumun prezidenti seçilib. O, ötən il, martın 9-da keçirilən növbəti hesabat-seçki Konfransında yenidən daha 4 illiyə prezident seçilib.
 
AFFA-da əsas qərarlar İcraiyyə Komitəsində (İK) qəbul olunur. AFFA prezidentinin sədrlik etdiyi İK-nın daha 10 üzvü var: Bunlar vitse-prezidentlər – Rauf Əliyevlə Elşad Nəsirov, veteran futbolçularımız Ələkbər Məmmədov, Kazbek Tuayev, İsgəndər Cavadov, Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov, təhsil nazirinin sabiq müavini Elmar Qasımov, “Bakı”nın prezidenti Hafiz Məmmədov və “İnter”in fəxri prezidenti Cahangir Hacıyevdi. AFFA-da qurumun icraçı idarəçiliyi ilə baş katib məşğuldur. Hazırkı baş katib Elxan Məmmədovdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.