26 mart 2013 12:42
Ronaldo: Azərbaycanla oyunda səhv etməyə haqqımız yoxdu
Futbol üzrə Portuqaliya yığmasının və İspaniyanın “Real” klubunun hücumçusu Kristiano Ronaldo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsnidə bu gün keçiriləcək Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, portuqaliyalı futbolçu bunları dilə gətirib:
“Artıq bundan sonra bizim səhv edə bilmərik. Buna nə Azərbaycanla, nə də digər oyunlarda haqqımız var. Hər oyuna qələbə üçün çıxmalıyıq. Əvvəldən-axıradək döyüşməliyik ki, 3 xal qazanaq. Çünki hələ birinci olmaq şansımız qalır”.
