27 mart 2013 00:45
Azərbaycan – Portuqaliya matçının ən yaxşıları açıqlandı
Portuqaliya mətbuatı bu ölkənin futbol yığmasının DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirdiyi oyunun ən yaxşılarının adını açıqlayıb. Azerisport.az xəbər verir ki, pireneylilər öz yığmalarının heyətində Fabio Koentraonu fərqləndiriblər.
Azərbaycan millisində isə Kamran Ağayev ən yaxşı futbolçu hesab olunub.
Qeyd edək ki, Bakıda keçirilən qarşılaşma 2:0 hesabıyla qonaqların xeyrinə başa çatıb.
